Xəzər rayonunun Gənclər evində Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda Beynəlxalq Mübarizə günü”nə həsr olunmuş “Qadınlara qarşı məişət zorakılığı”mövzusunda tədbir keçirilmişdir.
18 noyabr 2015- ci il saat 11:00-da Xəzər rayon Gənclər Evində “25- Noyabr Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda Beynəlxalq Mübarizə günü”nə həsr olunmuş “Qadınlara qarşı məişət zorakılığı”mövzusunda toplantı keçirilmişdir.
Ailə,Qadın və Uşaq Problemləri Dövlət Komitəsi Xəzər rayon Gənclər və İdman idarəsi ilə birgə “25- Noyabr Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda Beynəlxalq Mübarizə günü”nə həsr olunmuş “Qadınlara qarşı məişət zorakılığı”mövzusunda qadınların toplantısını keçirmişdir. Tədbirdə qadınlara qarşı olan məişət zorakılığından,erkən nigahlardan danışılmış və onları maraqlandıran suallara geniş məlumat verilmişdir.
Toplantıda qadınların pronlemlərini əks etdirən slayd və video film nümayiş olunmuşdur.
Tədbirdə Ailə,Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin regional şöbəsinin Baş məsləhətçiləri Zülfiyyə Sadıqova, Məftunə İsmayılova,Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sevinc Qurbanova,Xəzər rayon Gəncvlər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Millət vəkilinin köməkçisi Əfrasiyab Əmirov iştirak etmişdir