Xəzər rayonunda yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində 20 noyabr "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"münasibəti ilə tədbir keçirilmişdir .
13.11.2015-ci il tarixdə Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində 20 noyabr Ümumdünya Uşaq Hüquqları Günü və hüquq aylığı çərçivəsində dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə əlil uşaqların valideynlərindən bir qrupu, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Xidmətinin rəis müavini Əminə Seyidzadə, Ombudsman Aparatının əlil şəxslərin hüquqlarının müdafiəsi sektorunun şöbə müdiri Müqabil Mahmudov, Xəzər RİH Aparatının şöbə müdiri Gülbala Qurbanov və digər şəxslər iştirak etmişdir. Tədbir zamanı uşaqların əl işlərindən ibarət sərgiyə baxış olmuş, uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud olan vəziyyət və yeniliklərdən söhbətlər, dinləmələr olmuşdur.