Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyəti, Koreya Beynəlxalq əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Nümayəndəliyi və KOİCA Azərbaycanlı Məzunlar Assosiasiyası (KOAZ) təşkilatlarının birgə təşkilatçılığı ilə Türkan qəsəbəsində ağac əkmə aksiyası keçirilmişdir .

10 noyabr 2015 | 16:00

    07 noyabr 2015-ci il tarixdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası (KOAZ) və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkan qəsəbəsində ağac əkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin və Xəzər Rayon İcra Hakimiyyətinin rəsmiləri həmçinin, Koreya Dövlət Təqaüd Proqramı Məzunları iştirak etmişdir.
    Tədbir iştirakçıları Türkan qəsəbəsinin əsas yol kənarlarının yaşıllaşdırılmasına kömək etmək məqsədilə 1500 ədəd zeytun ağacını qəsəbənin əsas yol kənarında əkmişdirlər. Həmçinin ətraf ərazidən məişət tullantıları yığılaraq , geniş şəkildə abadlıq işləri aparılmışdır.Tədbirin sonlarında  KOICA Azərbaycan Ofisinin heyəti, KOAZ-ın üzvləri, KDTP-nın məzunları və Xəzər rayon İcra Hakimiyyətinin rəsmiləri və qəsəbə sakinləri ilə birgə KOICA Azərbaycan Ofisinin quraşdırdığı xatirə stendinin qarşısında birgə xatirə şəkli çəkildi.

Keçidlər