Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon Məşğulluq Mərkəzi tərəfindən Məşğulluq Mərkəzində qeydiyyatda olan İşaxtaran və işsiz vətəndaşlar üçün “Mini Əmək Yarmarkası” təşkil edilmişdir.

06 noyabr 2015 | 16:00

    06 noyabr  2015-ci il tarixində Məşğulluq Mərkəzində qeydiyyatda olan uzunmüddətli işaxtaranların və işsizlərin məşğulluğunun təmin edilməsi, onların təkrarən əmək bazarının iştirakçısına çevrilməsini təmin etmək məqsədilə Xəzər rayon İH-nin dəstəyi ilə rayon Məşğulluq Mərkəzi  tərəfindən Mərdəkan Mədəniyyət sarayında “Mini Əmək Yarmarkası “ təşkil olunmuşdir.
   “Əmək Yarmarkası”nda  35 işə götürən , 73 iş yeri ilə iştirak etmişdir. Təqdim olunmuş iş yerlərində minimum əmək haqqı 150 manat maxsimum əmək haqqı 500 manat olmuşdur.  İş yerləri əsasən turizim, otel, Bank , qida məhsulların istehsalı və digər xidmət sahələri üzrə olmuşdur.
İri işə götürənlərdən   “Gazelli Qrup MMC, Kapital Bank ASC, Şeraton Hotels Qrup MMC, VİP AVİASİYA xidmətləri şirkətləri,Kənd təsərüfat müəssisəsi,Göknur Baku MMC, Dalğa Arena ,Silk Vey Aviaşirkəti “ MMC , Azersun yardımçı təsərüfatı və sair qeyd etmək olar.
   “Əmək Yarmarkası”nın ilkin nəticələrinə görə  231 nəfər işaxtaran iştirak etmiş , 27  nəfərə işə göndəriş verilmiş, 22 nəfər peşə təlimi və yenidən hazırliq kursları üçün qeydiyyata alınmış   və 112 nəfərin  CV-si gələcəkdə işə dəvət  üçün işəgötürənlər tərəfindən qəbul edilmişdir.
   Tədbirdə ƏƏSM yanında DMX-inin rəisi Anar Bədəlbəyli, rəisin müavini İ.Heydərov, Millət Vəkili R.Əliyev, Xəzər RİHB-nın müavini L.Əhmədova  , Xəzər rayon YAP-nın sədri N.Əhmədov iştirak etmişdir.

Keçidlər