Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin 9 ayı ərzində Xəzər rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilmişdir .

22 oktyabr 2015 | 15:00

      22 oktyabr 2015-ci il tarixdə Xəzər rayonunun 2015-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına dair  hesabat yığıncağı keçirilmişdir.
      Hesabat iclasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov iclası giriş sözü ilə açaraq bildirdi ki, oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab Prezident giriş nitqilə çıxış edərək ölkə həyatının bütün sahələrində görülən işlərin aydın mənzərəsini yaratmış və qarşıda duran həlli vacib məsələləri müəyyənləşdirmişdir.
Gülağa İslamov həmçinin, hesabat dövründə respublikanın hər yerində olduğu kimi Xəzər rayonunun sosial-iqtisadi sahələrində də dinamik inkişafın davam etməsini, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilməsini vurğulayaraq, Xəzər rayonunun 2015-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etmək üçün sözü RİH Başçısının müavini Arif Balayevə vermişdir.
A.Balayev məruzə edərək bildirmişdir ki, ötən dövrdə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
   Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı  181 milyon 949,1  min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi  həcmində dövlət sektorunun xüsusi çəkisi 99,2 % olmuşdur.
  Nəqliyyat sektorunda 519 milyon 219 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə  müqayisədə  13,1 % cox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 4 milyon 945,1 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 113,3 % cox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün  maliyyə mənbələri hesabına 307 milyon 420,1 min manat məbləğində investisiya cəlb edilmişdir ki,  bu da keçən ilin müvafiq dövrünə nisbətən 90,1 % çox  olmuşdur. İstifadə edilmiş investisiyaların  45 milyon 914,6  min manatı  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 32,5  % təşkil etmişdir.
İstehlak və xidmət bazarlarında əhaliyə 346 milyon 850,8 min manatlıq istehlak malları satılmış  və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi  170 milyon 620,5 min  manata, pullu xidmətlərin  həcmi 176 milyon 230,3 min manata çatmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 14,2 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən  ticarət təşkilatları,  85,8 faizi isə hüquqi şəxs  yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı  590,6 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək  haqqı  793,2 manat,  tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 667,4  manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 1405 yeni iş yeri açılmışdır. Bunun 45-i yeni yaradılmış müəssisə və təşkilatlar, 194-ü  mövcud müəssisə və təşkilatlar, 1166-sı  isə fiziki şəxslər   tərəfindən açılmışdır. Ümumiyyətlə son 12 il ərzində rayon ərazisində 18 min  621 yeni iş yeri açılmışdır.
Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş ,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
Hesabat dövründə Qala-Şüvəlan yol ayrıcında müasir memarlıq üslubunda monument tikilərək istifadəyə verilmişdir. Ərazidə əlavə olaraq 1000 kv.m qazon  salınmış, 300 ədəd agac əkilmiş, suvarma məqsədilə su xətti çəkilmiş və işiqlandırma sistemi quraşdırılmışdır.
            Hazırda Şüvəlan qəsəbəsinin mərkəzi Almaz İldırım və Mərdəkan qəsəbəsinin Yesenin  küçələrinin yenidən qurulması, o cümlədən divarlara aqlay daşının, səkilərin müasir üslubda yenidən qurulması, yolboyu  milli və tarixi elementlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Şüvəlan və Mərdəkan   qəsəbələrində hasarlara 6620 kv.m aqlay daşı, 952 paqon metr bəzək daşı vurulmuş,  825 paqon metr bardyur salınmış, 1211 kv.m səki daşı vurulmuş, bina və hasarların fasad hissəsinin işıqlandırılması məqsədilə  68 ədəd fənər quraşdırılmışdır.Şüvəlan qəsəbəsinin A.İldırım küçəsində 620 kv.m köhnə hasar sökülərək yenidən tikilmiş, 200 kv.m hasar isə bərpa olunmuşdur.
      Yaşıllıqların salınması ilə əlaqədar 2015-ci ilin 9 ayı ərzində  rayon ərazisində idarə , müəssisə və təşkilatların iştirakı ilə 33 min 587 agac əkilmişdir.  «İdeya» İctimai Birliyinin təşəbbüsü ilə 1-ci Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində təkcə mart-aprel aylarında rayon ərazisində 10 min ağac  əkilmişdir. Hazırda da  ərazilərdə yaşıllıqlara  aqrotexniki qulluq  işləri  davam etdirilir.
Nəzərinizə çatdırırıq ki,  görülən bu işlər Xəzər RİH-nin  daxili imkanları hesabına həyata keçirilib.
Hesabat dövrundə  asfalt yolların əsaslı və cari təmiri istiqamətində  daxili imkanlar hesabına Mərdəkan, Şüvəlan, Şagan, Binə  və Zirə  qəsəbələrində   26 min 950   kv.m  Dövlət Proqramı çərçivəsində isə  3460 kv.m.  yeni asfalt örtüyü salınmışdır.
Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2015-ci ilin 9 ayı  ərzində 71 min 920 kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 21 min 224 ton içməli su ,  müəssisə və təşkilatlardan o cümlədən, birliyin xidmət ərazisindən 4038 ton çirkab  maye daşınmışdır.
         Qaz təchizatı ilə baglı hesabat dövründə rayonunun Qaz İstismar sahəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması  istiqamətində   Buzovna qəsəbəsində 6221 p/m, Binə qəsəbəsində 1200 p/m,  Qala qəsəbəsində 6031 p/m, Şüvəlan qəsəbəsində 3159 p/m,  Mərdəkan qəsəbəsində 3977 p/m, Şağan qəsəbəsində 2230 p/m olmaqla cəmi rayon uzrə  22818 p/m  qaz xətti çəkilmiş və dəyişdirilmişdir .
     Rayonda  əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 101,6 faiz , abonentlərin ödənişdə  iştirakı isə  64  % olmuşdur.
Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 4 ədəd yeni transformator məntəqəsi quraşdırılmış və 15 ədəd güc transformatoru, 13 ədəd KTM dəyişdirilmiş, 683 ədəd TM və KTM  təmizlənib və cari təmir olunub, 17617 metr kabel ,2371  metr naqil çəkilib və dəyişdirilmişdir.
Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 99,9 %, abonentlərin ödənişdə iştirakı 65% , saygaclaşma isə 99 % təşkil etmişdir.
     Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal idarəsi tərəfindən ümumilikdə  müxtəlif ölçülü 765,4 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş,  5290 paqon metr su xətti cəkilmiş,  964 ədəd  smart tipli saygac quraşdırılmışdır. Əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə 57 ədəd su nasosu təmir edilmişdir.
Dövlət Proqramı çərçivəsində rayon ərazisində 71.951 paqon metr muxtəlif diametrli su xətti çəkilmiş, 2183 ev birləşməsi verilmiş, 109 saygac quraşdırılmışdır.
  Kanalizasiya xəttləri üzrə keçən dövrdə  mexaniki üsulla və maşınla cəmi 24.920 paqon metr kanalizasiya xətti,  30 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmişdir.     
      Hesabat dövründə əhaliyə 2 milyon 664 min manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 2 milyon 808  min  manat  yıgım  aparılaraq  ödənişə  105,4  %  nail olunmuşdur.
          Sevindirici haldır ki, hazırda Xəzər rayonunun ərazisində 30 obyektin tikintisi, təmiri və yenidənqurulması işləri gedir.
           Hesabat dövründə Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində Təhsil Sahəsi üzrə  Şüvəlan qəsəbəsində  2 və 4 saylı internat məktəblərinin, Mərdəkan və Binə qəsəbələrində  uşaq bağçalarının tikintisi və təmiri başa çatmış, Qala qəsəbəsində GENS Dünya Akademiyasının, Mərdəkan qəsəbəsində Sərhəd Xidmətinin Xüsusi məktəbinin  yeni korpusunun, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində uşaq bağçasının, Zirə qəsəbəsində Dalğa Uşaq müəsssisəsinin tikintisi davam etdirilir.
        Səhiyyə sahəsi üzrə Buzovna qəsəbəsində Uşaq Reabilitasiya Mərkəzinin, 7 nömrəli Vərəm xəstəxanasının, Gindes adına Uşaq və yeniyetmələr üçün sümük- vərəm xəstəlikləri sanatoriyasının tikintisi davam etdirilir.
        Mədəniyyət, Gənclər və idman sahələri  üzrə Türkan, Mərdəkan, Qala  və Buzovna qəsəbələrində idman mərkəzlərinin və Şagan qəsəbəsində Mədəniyyət evinin  və şahmat məktəbinin  tikintisi  hazırda davam etdirilir.
      Hesabat dövründə digər sahələr üzrə Mərdəkan qəsəbəsində Müalicə Pansionatının və  Şagan qəsəbəsində Müharibə əlilləri üçün müalicə pansionatının əsaslı təmiri, Şüvəlan qəsəbəsində Şimal DRES-in ikinci blokunun, Zirə qəsəbəsində B.Sərdarov adına zavodun filialının və İmam Rza məscidinin tikintisi davam etdirilir, Buzovna qəsəbəsində Yangın Mühafizə bölməsinin tikintisi  tamamlanmışdır.
   2015-cu ilin 9 ayı ərzində  Sosial Müdafiə Fondu tərəfindən  əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 28 milyon 410,2 min manat təşkil etmiş, 16 min 541 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların  ödənilməsi  təmin edilmişdir.
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün 2733 ailə müraciət etmişdir ki, bunlardan 2555 ailəyə  müvafiq komissiya tərəfindən ünvanlı sosial yardımı təyin olunmuşdur. Rayon üzrə cəmi 3494 nəfər ailəyə 553 min 651  manat məbləgində ünvanlı yardımın odənilməsi davam etdirilir.
Ötən dövr ərzində Məşgulluq Mərkəzinə 1004  nəfər işaxtaran vətəndaş  müraciət etmişdir.   Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 376 nəfəri münasib işlə təmin  edilmişdir. İşlə təmin olunmuş  376 nəfərdən 35  nəfəri kvota üzrə işə düzəlmişlər.
          İlin 9 ayı ərzində  rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı kimi anım günləri qeyd edilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xətirəsi ehtiramla yad edilmişdir.
           Novruz bayramı münasibətilə Zirə qəsəbə parkında bayram şənliyi təşkil edilmiş, 600 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti  və  tonqal  ətrafında şənlik təşkil olunmuş, xalqımızın qədim və zəngin adət ənənələri özündə əsk etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən şəhid, əlil və digər aztəminatlı ailələrə  ərzaq  yardımı paylanılmışdır.Tədbir İctimai televiziya vasitəsilə geniş işıqlandırılmışdır.
Ulu ondər Heydər Əliyevin anadan olmasının 92-cı ildönümü ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Heydər Əliyev adına parkda Gül bayramı təşkil olunmuş, rayonun  idarə, müəssisə,təkilatları, o cümlədən  məktəbləri, yaradıcılıq mərkəzləri, uşaq bagçaları və ayrı-ayrı yaradıcı şəxsləri tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir.  Tədbirdə respublikanın tanınmış sənət adamları rayon ictimaiyyətinin nümayəndələri qarşısında  maraqlı konsert proqramı ilə çıxış etmişlər.
       2015-ci ilin 9 ayı ərzində  Xəzər RİH Aparatına 1789 ərizə, şikayət və müraciət,  1729 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş 1789 ərizə və muraciətdən 526 ərizə musbət həll edilmiş, 1170 ərizəyə  izahat və təkliflər verilmiş, 88 ərizə isə icraatdadır.
     Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 67 nəfər vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların icra hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata kecirilmişdir.
      2015-ci ilin  9 ayı ərzində  RİH Başçısı tərəfindən qəsəbələrdə 18 səyyar qəbul keçirilmiş, 2105 nəfər iştirak etmiş və 68 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su , kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənən müraciətlərin əksəriyyəti həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
    Daha sonra məruzə ətrafında YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov, Mənzil Kamunal Təsərrüfat Birliyinin rəisi Y.Novruzov, Xəzər Su-kanal İdarəsinin baş mühəndisi İ.Əliyev,  və Xəzər rayon Qaz İstismar Sahəsinin baş mühəndisi Y.Osmanov çıxış etdilər.

Keçidlər