Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsində növbəti səyyar görüşü keçirilmişdir.

14 oktyabr 2015 | 15:00

   14 oktyabr 2015-ci il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun   qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
   Səyyar görüşdə RİH başçısının birinci müavini V.Həsənov, rayon Ağsaqqalar Şurasının sədri R.Salahov, RİH-i aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. 120 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı.  Daha sonra  İcra Başçısı qəsəbədə  gedən yeni abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verdi.  Qəsəbə sakinləri iclasda çıxış edərək, qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqları aradan qaldırılmasını xahiş etdilər.
      Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər