“Beynəlxalq müəllimlər günü” Xəzər rayonunda qeyd olunmuşdur.
3 oktyabr 2015-ci il tarixində Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “İmperial” şadlıq sarayında 5 oktyabr- “Beynəlxalq Müəllimlər günü” nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavinləri Arif Balayev, Lalə Əhmədova, Respublika Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini Cəfərzadə Mirzə, YAP Xəzər rayon Təşkilatının aparat rəhbəri İlham Məmmədov , Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev , Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri T.Səlimov və rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupu iştirak etmişdir. Tədbiri giriş sözü ilə RİH başçısının müavini A.Balayev açaraq, ilk öncə bütün təhsil işçilərini 05 oktyabr – “Beynəlxalq Müəllimlər günü” münasibətilə təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etmişdir.
Natiq, həmçinin Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsindən, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan və ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da xidmətlərinin misilsiz olduğundan söz açmışdır.
Tətbirdə çıxış edən digər qonaqlar son illərdə “Heydər Əliyev Fondu” nun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər çərçivəsində respublikamızda yüzlərlə təhsil ocaqlarının tikildiyini, əsaslı təmir olunduğunu, həmçinin bu prosesin Xəzər rayonunda da uğurla davam olunduğunu vurğulamışdır.
Daha sonra natiqlər, xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd etmiş, təhsil işçilərinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişdilər.
Tədbirin sonunda 600 baldan çox bal toplayaraq ali məktəblərə qabul olunmuş və təhsili qızıl medalla bitirmiş 27 nəfər tələbəyə, 7 məktəb direktoruna pul və hədiyyələr, Fəxri Fərmanlar təqdim olunmuşdur . Tədbir konsert proqramı ilə davam etmişdir .