Şriftin ölçüsü :

Saytın rəngi :

1 Oktyabr “Ahillılar günü “ Xəzər rayonunda qeyd edilmişdir .

01 oktyabr 2015 | 15:00

“1 oktyabr- Beynəlxalq Ahıllar günü” dünyanın, eləcə də ölkəmizin hər yerində olduğu kimi Xəzər  rayonunda da yüksək səviyyədə qeyd olunmuşdur.
Xəzər rayon İcra hakimiyyəti tərəfindən  rayonda yaşayan 100 qədər Ahıllların evlərində görüşlər keçirilmiş, yaşayış şəraiti ilə yaxından tanış olunmuş,  problemləri dinlənilmiş və onlara RİH Başçısı tərəfindən ərzaq yardımı  verilmişdir.
Ahıllarla görüş zamanı 1992-ci ildən BMT-nin qətnaməsi ilə bu günün “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunduğunu,  Azərbaycanda isə 1993-cü ildən bəri hər il oktyabrın 1-i Ahıllar günü kimi qeyd olunduğu bildirilmiş, dövlətin ahıllara sosial qayğısından, onların hüquqlarının qorunması üçün görülən tədbirlərdən,  ulu öndərin bu yöndəki siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanmışdır.
Görüşdə rayonun qəsəbə nümayəndəlikləri və bələdiyyə üzvləri iştirak etmişdir .

Keçidlər