Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun bütün məktəblərində Bilik Günü təntənəli surətdə qeyd edilib.

15 sentyabr 2015 | 15:00

15 sentyabr tarixdə yeni dərs ilinin başlanması münasibətilə Xəzər rayonu ərazisindəki orta məktəblərdə Bilik günü təntənəli şəkildə qeyd edilmişdir. Xəzər rayon İcra hakimiyyəti Başçısının müavinlər və şöbə müdirləri məktəblərdə olaraq yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdılar.
Binə qəsəbəsindəki 149 saylı tam orta məktəbdə iştirak edən RİH Başçısının birinci müavini Vaqif Həsənov çıxış edərək bildirmişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyası bu gün uğurla davam etdirilir. Gənc nəslin lazımi səviyyədə təhsil alması, savadlı vətəndaşlar kimi formalaşması dövlətimizin xüsusi diqqətlə yanaşdığı məsələlərdəndir. Azərbaycan təhsili böyük inkişaf dövrünü yaşayır. Son 10 ildə iki mindən çox yeni məktəb inşa edilmişdir. Bir çox məktəblərdə əlavə korpuslar inşa edilmiş, əsaslı təmir işləri həyata keçirilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların müasir avadanlıqlarla təminatı, infrastrukturun yenilənmişdir.
Bütün bu uğurlar təhsilin dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlanmasının bariz nümunəsidir. Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.


 

Keçidlər