Binə qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Binə sakinləri ilə növbəti səyyar görüşü olmuşdur. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, rayon ərazisində yerləşən magistral yol qovşaqlarının və qəsəbədaxili yolların asfaltlaşdırılması sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrin həyata keçirildiyini vurğulamışdır.
Səyyar görüşdə sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini bildirdilər. Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi .
Qəsəbə sakinləri rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər .
Görüşdə 150-a yaxın sakin və RİH başçısı aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.