20 yanvar şəhidi Mövludov Fuad Fərhad oğlunun ailəsi ziyarət olunub
19 yanvar 2026 | 18:28
19 yanvar 2026-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və aparatın məsul əməkdaşları 20 yanvar faciəsinin 36-cü ildönümü ilə əlaqədar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olmuş, Mövludov Fuad Fərhad oğlunun ailəsini ziyarət edib.
Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, ailənin qayğıları ilə maraqlanılıb və onlara mənəvi dəstək göstərilib. Qeyd edilib ki, 20 Yanvar şəhidləri xalqımızın yaddaşında daim yaşayacaq və onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.






