“20 Yanvar" faciəsində şəhid olanların əziz xatirəsi yad edilib
20 yanvar 2026 | 15:17
“20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar rayonun mərkəzi küçələrində, o cümlədən Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında kollektiv və ictimaiyyət nümayəndələrinin iştirakı ilə saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunmuş, məzarlar üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.






