Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirdi.

26 avqust 2015 | 15:00

     Zirə qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə həmçinin Xəzər rayonunun xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
       120 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açıq elan edərək,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonumuzda həyata keçirilən müxtəlif dövlət proqramlarının uğurla icrası  nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, rayon ərazisində yerləşən magistral yol qovşaqlarının və qəsəbədaxili yolların asfaltlaşdırılması  sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrin həyata keçirildiyini vurğulamışdır.
      Səyyar görüşdə sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini bildirdilər. Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi .
      Qəsəbə sakinləri rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər .
 

Keçidlər