Xəzər rayonunda 2015-ci ilin birinci yarısının yekunları ilə bağlı hesabat konfransı keçirildi.
30 iyul 2015-ci ildə Xəzər rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Hesabat iclasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin üzvü Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov iclası giriş sözü ilə açaraq bildirdi ki, iyul ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab Prezident giriş nitqilə çıxış edərək ölkə həyatının bütün sahələrində görülən işlərin aydın mənzərəsini yaratmış və qarşıda duran həlli vacib məsələləri müəyyənləşdirmişdir. Gülağa İslamov qeyd etdi ki, hesabat dövründə bütün respublikada olduğu kimi Xəzər rayonunun sosial-iqtisadi sahələrində də dinamik inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev rayonunun 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. A.Balayev çıxışında 2015-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi göstəriciləri də müsbət olmuş, Dövlət Proqramları çərçivəsində və müxtəlif maliyyə mənbələri hesabına yeni infrastruktur layihələrin həyata keçirilməsi, daxili yolların inşası, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatının yaxşılaşdırılması, mənzil fondunun saxlanılması, sosial əhəmiyyətli obyektlərin tikintisi, yaşayış məntəqələri və küçələrin abadlaşdırılması üzrə xeyli işlər görüldüyünü vurğuladı.
Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş , yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
Qala-Şüvəlan yolayrıcında müasir memarlıq üslubunda monument tikilərək istifadəyə verilmişdir. Ərazidə əlavə olaraq 1000 kv.m qazon salınmış, 300 ədəd
agac əkilmiş, suvarma məqsədilə su xətti çəkilmiş və işiqlandırma sistemi quraşdırılmışdır.
Hazırda Süvəlan qəsəbəsinin mərkəzi Almaz İldırım və Mərdəkan qəsəbəsinin Yesenin kücələrinin yenidən qurulması, o cümlədən divarlara aglay daşının, səkilərin müasir üslubda yenidən qurulması, yolboyu milli və tarixi elementlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Şüvəlan və Mərdəkan qəsəbələrində hasarlara 3856kv.m aglay daşı, 952 paqon metr bəzək daşı vurulmuş, 498 paqon metr bardyur salınmış, 1282 kv.m səki daşı vurulmuş, bina və hasarların fasad hissəsinin işıqlandırılması məqsədilə fənərlər quraşdırılmışdır.Şüvəlan qəsəbəsinin A.İldırım küçəsində 620 kv.m köhnə hasar sökülərək yenidən tikilmiş, 200 kv.m hasar isə bərpa olunmuşdur.
Yaşıllıqların salınması ilə əlaqədar 2015-ci ilin 1-ci yarımilində rayon ərazisində idarə , müəssisə və təşkilatların iştirakı ilə 16 min 734 agac əkilmişdir. İdeya İctimai Birliyinin təşəbbüsü ilə 1-ci Umumrespublika Yaşıllaşdırma marafonu çərçivəsində təkçə mart-aprel aylarında rayon ərazisində 10 min agac əkilmişdir. Hazırda da ərazilərdə yaşıllıqlara aqrotexniki qulluq işləri davam etdirilir.
Hesabat dövrundə asfalt yolların əsaslı və cari təmiri istiqamətində Mərdəkan, Şüvəlan, Şagan və Binə qəsəbələrində cəmi 11 min 900 kv.m yeni asfalt örtüyü salınmışdır.
Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2015-ci ilin 1-ci yarımili ərzində 61 min 296 kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 18 min 164 ton içməli su daşınmışdır.
Qaz təchizatı ilə baglı hesabat dövründə rayonunun Qaz İstismar sahəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması istiqamətində Buzovna qəsəbəsində 2885, Binə qəsəbəsində 1200 , Qala qəsəbəsində 6031, Şüvəlan qəsəbəsində 3159, Mərdəkan qəsəbəsində 3977 paqon metr olmaqla cəmi rayon uzrə 17 min 512 paqon metr qaz xətti çəkilmiş və dəyişdirilmişdir .
Rayonda əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 101,6 faiz , abonentlərin ödənişdə iştirakı isə 64 faiz olmuşdur.
Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 3 ədəd yeni transformator məntəqəsi quraşdırılmış və 9 ədəd güc transformatoru, 11 ədəd KTM dəyişdirilmiş, 565 ədəd TM və KTM təmizlənib və cari təmir olunub, 6509 metr kabel ,2011 metr naqil çəkilib və dəyişdirilmişdir.
Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 100,4 faiz, abonentlərin ödənişdə iştirakı 66% ,saygaclaşma isə 99 faiz təşkil etmişdir.
Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal idarəsi tərəfindən ümumilikdə müxtəlif ölçülü 614 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş, 4260 paqon metr su xətti cəkilmiş, 663 ədəd smart tipli saygac quraşdırılmışdır. Əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə 43 ədəd su nasosu təmir edilmişdir.
Dövlət Proqramı çərçivəsində rayon ərazisində 30740 paqon metr muxtəlif diametrli su xətti cəkilmiş, 623 ev birləşməsi verilmiş, 109 saygac quraşdırılmışdır.
Kanalizasiya xəttləri üzrə keçən dövrdə mexaniki usulla və maşınla cəmi 17830 paqon metr kanalizasiya xətti, 30 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmişdir.
Hesabat dövründə Heydər Əliyev Fondu və Dövət Proqramı çərçivəsində Təhsil sahəsi üzrə Şüvəlan qəsəbəsində 2 saylı internat məktəbinin və Zirə Mədəniyyət Mərkəzinin tikintisi başa çatdırılmış, 4 saylı internat məktəbinin, Qala qəsəbəsində GENS dünya akademiyasının ,Mərədəkan qəsəbəsində Sərhəd xidmətinin xüsusi məktəbinin yeni korpusnun ,Buzovna qəsəbəsi Alballılıq yaşayış sahəsində , Mərdəkan qəsəbəsində və Binə qəsəbəsində uşaq bagçalarının tikintisi davam etdirilir .
Səhiyyə sahəsi üzrə Buzovna qəsəbəsində Uşaq Reabilitasiya Mərkəzinin, 7 nömrəli Vərəm xəstəxanasının, Gindes adına Uşaq və yeniyetmələr üçün sümük- vərəm xəstəlikləri sanatoriyasının tikintisi davam etdirilir.
Mədəniyyət, Gənclər və idman sahələri üzrə Türkan, Mərdəkan, Qala və Buzovna qəsəbələrində idman mərkəzlərinin və Şagan qəsəbəsində Mədəniyyət evinin tikintisi hazırda davam etdirilir.
Hesabat dövründə digər sahələr üzrə Mərədəkan qəsəbəsində Müalicə Pansionatının və Şagan qəsəbəsində Müharibə əlilləri üçün müalicə pansionatının əsaslı təmiri, Şüvəlan qəsəbəsində Şimal DRES-in ikinci blokunun, Zirə qəsəbəsində B.Sərdarov adına zavodun filialının və İmam Rza məscidinin tikintisi davam etdirilir, Buzovna qəsəbəsində Yangın mühafizə bölməsinin tikintisi tamamlanmaq üzrədir.
2015-cu ilin 1-ci yarımilində Sosial Müdafiə Fondu tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 18 milyon 723,3 min manat təşkil etmiş, 16 min 457 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin edilmişdir.
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün 1811 ailə müraciət etmişdir ki, bunlardan 1680 ailəyə müvafiq komissiya tərəfindən ünvanlı sosial yardımı təyin olunmuşdur. Rayon üzrə cəmi 3503 nəfər ailəyə 537 min 569 manat məbləgində ünvanlı yardımın odənilməsi davam etdirilir.
Hesabat dövründə Məşgulluq Mərkəzinə 653 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 245 nəfəri münasib işlə təmin edilmişdir. İşlə təmin olunmuş 245 nəfərdən 23 nəfəri kvota üzrə işə düzəlmişlər.
Hesabat ilində rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı kimi anım günləri keçirilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xətirəsi ehtiramla yad edilmişdir.
Novruz bayramı münasibətilə Zirə qəsəbə parkında bayram şənliyi təşkil edilmiş, 600 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti və tonqal ətrafında şənlik təşkil olunmuş, xalqımızın qədim və zəngin adət ənənələri özündə əsk etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən şəhid, əlil və digər aztəminatlı ailələrə ərzaq yardımı paylanılmışdır.Tədbir İctimai televiziya vasitəsilə geniş işıqlandırılmışdır.
Ulu ondər Heydər Əliyevin anadan olmasının 92-cı ildönümü ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Heydər Əliyev adına parkda Gül bayramı təşkil olunmuş, rayonun idarə, müəssisə,təkilatları, o cümlədən məktəbləri, yaradıcılıq mərkəzləri, uşaq bagçaları və ayrı-ayrı yaradıcı şəxsləri tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir. Tədbirdə respublikanın tanınmış sənət adamları rayon ictimaiyyətinin nümayəndələri qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Heasabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 145 nəfər vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların icra hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata kecirilmişdir.
2015-ci ilin 1-ci yarımilində RİH Başçısı tərəfindən qəsəbələrdə 12 səyyar qəbul keçirilmiş, 1184 nəfər iştirak etmiş və 45 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su , kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənən müraciətlərin əksəriyyəti həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
Daha sonra məruzə ətrafında Millət Vəkili Rauf Əliyev, Rayon Statistika idarəsinin rəisi Təranə Babayeva, Xəzər rayon Dövlət Sosial Müdafiə Fondunun rəisi Şakir Nuriyev və Tağıyev adına NQÇİ-nin rəisi Salman Əliyev çıxış etdilər.
Tədbirin sonunda Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Elxan Axundovu təbrik edərək, medalı ona təqdim etdi.