Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Milli Mətbuatın yaranmasının 140 illik yubileyi qeyd olundu

20 iyul 2015 | 15:00

    Xəzər rayonunda Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibəti ilə 20 iyul 2015-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binə Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin, rayon Ziyalılar Cəmiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 
   Tədbirdə çıxış edən Xəzər RİH-nin əməkdaşı Ç.Tanrıverdiyev və rayon Ziyalılar Cəmiyyətinin sədri T.Səlimov milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğu qeyd edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atılması, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunması, senzuranın ləğvi xatırlanaraq, Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına ödənilməsi xüsusi vurğulanıb.
         Natiqlər, həmçinin ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini qeyd ediblər.

Keçidlər