Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunda iftar süfrəsi təşkil olunmuşdur.
Hər il olduğu kimi bu il də Müqəddəs Ramazan Ayı münasibəti ilə Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunu Şüvəlan qəsəbəsindəki “İmperial” şadlıq evində 250 nəfərlik iftar süfrəsi təşkil olunmuşdur.
Təşkil olunmuş İftar süfrəsində məclisi axund açaraq, bu ayın fəzilətlərindən, iftarın savablarından danışmış və dualar oxumuşdur.O,iftarın təşkilində əməyi keçən təşkilatın nümayəndələrinə, xüsusən Heydər Əliyev Fonduna və onun rəhbəri Mehriban xanım Əliyevaya iştirakçılar adından minnətdarlıq etmiş, onlara can sağlığı, bol ruzi-bərəkət arzulamışdı.
Mərasimdə Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini V.Həsənov, müavin A. Balayev, rayon Hüquq - mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, həmçinin rayonun qəsəblər üzrə icra nümayəndələri və Bələdiyyə sədrləri iştirak etmişdir. İftar məclisində Qurani-kərimdən ayələr oxunmuş, dualar səslənmişdir.
Ramazan ayında Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunun Zirə, Binə və Türkan qəsəbələrində də imkansız ailələr, kimsəsizlər və ahıllar üçün iftar süfrələri təşkil olunmuşdur.