Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Milli Qurtuluş Günü Xəzər rayonunda qeyd olundu.

15 iyun 2015 | 15:00

    11.06.2015-ci il tarixdə Xəzər rayonunda -15 iyun Milli Qurtuluş günü münasibəti ilə Xəzər rayonundakı  Gənclər evində rayonun fəal gənclərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə RİH Başçısının müavini A.Balayev rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon idarə və müəsissə rəhbərləri,  və rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər iştirak etmişdir.   Tədbirdə dövlət himni səsləndikdən sonra açıq elan edildi və RİHB-nın müavini A.Balayev, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov və Rayon Gənclər İdman İdarəsinin rəisi Vüqar Əliyev   15-iyun Milli Qurtuluş Günü ilə əlaqədar geniş məruzə ilə çıxış etdilər. Natiqlər Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun - Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gün olduğunu, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli liderimiz Heydər Əliyev yaratdığını, tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğuladılar.
      Daha sonra tədbir rayonun Heydər Əliyev adına istirahət parkında ümumxalq gəzintisi və konsert proqramı ilə davam etmişdir .     

Keçidlər