1 Iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Xəzər rayonunda tədbir keçirilmişdir.
01.06.2015-ci il tarixdə 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə Xəzər rayon Mərdəkan qəsəbəsində ki, Heydər Əliyev adına istirahət parkında Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə açıq havda tədbir keçirilmişdir Tədbirdə Millət Vəkili R.Əliyev, RİH Başçısının müavini A.Balayev, RİHB-ı Aparatının şöbə müdirləri və 200 nəfərdən çox uşaqlar iştirak etmişlər.Tədbirdə çıxışlar olunmuş, dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan danışılmış və qonaqlar uşaqları bayram münasaibətilə təbrik etmişlər. Daha sonar tədbirdə uşaqların ifasında mahnılar səslənmiş, şeir deyilmiş və rəqs nömrələri təqdim olunmuşdur. Tədbir tanınmış sənət adamlarının ifası və uşaqların coşqusu ilə başa çatmışdır.