Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Binə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirdi

20 may 2015 | 15:00

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Binə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirdi

 

   20 may 2015-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı G.İslamovun Binə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü olmuşdur. Binə Mədəniyyət Mərkəzinin iclas zalında keçirilən görüşdə RİH Başçısının I müavini V.Həsənov, müavinlər A.Balayev, L.Əhmədova, rayonun Hüquq mühafizə orqanlarının, Komunal xidmət idarələrinin, Mənzil istismar sahələrinin, Xidmət idarələrinin rəhbərləri və 180 nəfər qəsəbə sakini iştirak etmişdir.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonumuzda abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Həmçinin,  İcra başçısı  Xəzər rayonunda, o cümlədən Binə qəsəbəsi ərazisində görülmüş işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verdikdən sonar qəsəbə sakinlərinin, ağsaqqallarının və ziyallarının qəsəbənin mövcud problemləri ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə təklif və şikayətlərin eşitmək üçün sakinlərə söz verdi.
Daha sonra qəsəbə sakinləri onları narahat edən məsələlərlə bağlı müraciət etdilər. Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər