Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda qələbənin 70-ci ildönümü geniş qeyd olundu.

09 may 2015 | 15:00

     9 may 2015-ci il tarixində Xəzər rayonunda “9 May-Qələbə Günü” münasibətilə anım mərasimi keçirilmişdir.  Mərasimdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini və müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin rəisi, Böyük Vətən müharibəsinin iştirakçıları, arxa cəbhə veteranları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişdi.
    Tədbirdə  Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra bir dəqiqəlik sükütla 1941-1945-ci illər müharibəsində həlak olmuş igid oğul və qızlarımızın əziz xatirəsi yad edildikdən sonar iştirakçılar tərəfindən 2-ci Dünya müharibəsində həlak olan  Müharibə iştirakçılarının xatirəsinə həsr olunmuş abidə önünə güllər qoyuldu.
    Tədbirdə çıxış  edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov  qələbənin 70 illik yubileyinin təntənəli şəkildə  qeyd olunması ilə bağlı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tədbirlər planı”nın təsdiq edilməsini vurğulayaraq,  1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi rayonun qəsəbələrində, təhsil, səhiyyə, mədəniyyət və sənaye müəssisələrində geniş qeyd olunduğunu bildirdi.
      Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov və digər natiqlər çıxış edərək əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Sonda Mərdəkan Mədəniyyət sarayında 2-ci Dünya müharibəsi iştirakçılarına bayram süfrəsi açılmış və mərasim iştirakçıları üçün Mədəniyyət sarayının  bədii kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.


 

 

Keçidlər