Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünü münasibətilə gənclər arasında kütləvi sağlamlıq yürüşü keçirilmişdir.

06 may 2015 | 15:00

      6 may 2015-ci il tarixdə Mərdəkan qəsəbəsində Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı, Xəzər rayon İnkişaf Fondu ilə birlikdə rayonda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 92 - ci ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək, Bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ edilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması,rayonda kütləvi sağlamlıq,bədən tərbiyəsi və idman tədbirləri ənənələrini qorunub saxlanılması və inkişaf etdirilməsi,istedadlı idmançıların aşkar edilməsi məqsədilə gənclər arasında kütləvi sağlamlıq yürüşü keçirilmişdir.  
       Yekun nəticələrə əsasən 1-ci yeri Əhmədov Kənan,2-ci yeri İbrahimov Rəsul,3-cü yeri Hüseynov Anar tutmuşlar.                                                                                                                                                                                             
        Sonda Xəzər RİH, YAP Xəzər rayon təşkilatı və Xəzər İnkişaf Fondu tərəfindən yarışın qaliblərinə diplomlar və xatirə hədiyyələri  təqdim olunmuşdur. 

 

Keçidlər