Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü münasibəti ilə rayon Bələdiyyələrinin əməkdaşları arasında “Nərd” üzrə Xəzər rayon turniri keçirilmişdir.
Xəzər rayon İcra Hakimiyyəti ,YAP Xəzər rayon təşkilatı ,Xəzər İnkişaf Fondu ilə birlikdə 22 aprel – 05 may 2015-ci il tarixlərdə Xəzər rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək məqsədilə yerli və özünü idarəetmə orqanlarının əməkdaşları arasında “Nərd” üzrə Xəzər rayon turniri keçirilmişdir.
Yekun nəticələrə görə 1-ci yeri Binə qəsəbəsindən İsayev Namaz, 2-ci və 3-cü yerləri müvafiq olaraq Türkan qəsəbəsindən Babayev Rahil və Babayev Telman tutmuşlar.
Turnirin sonunda Xəzər RİH, YAP Xəzər rayon təşkilatı və Xəzər İnkişaf Fondu tərəfindən yarışın qaliblərinə diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.