Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 - ci ildönümünü münasibətilə Futbol üzrə Xəzər rayon turniri keçirilmişdir.

07 may 2015 | 15:00

     Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı ,Xəzər rayon İnkişaf Fondu ilə birlikdə  22 aprel - 06 may  2015 – ci il tarixlərdə   “ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının  92 - ci ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkili ,  idman və sağlam həyat tərzini təbliğ etmək, ən  güclü  futbolçuları  aşkar etmək, bu idman növünü  rayonda  inkişaf etdirmək, « 2005-2015-ci illər ərzində Futbolun inkişafı Dövlət proqramı « nın icrasını təmin  etmək  məqsədilə Futbol üzrə Xəzər rayon turniri  keçirilmişdir.
Yarışlar  22 aprel - 06 may  2015 – ci il tarixlərində Şağan Olimpiya İdman Kompleksinin , AFFA Futbol Mərkəzinin “Dalğa Arena “  və “ Azal Arena “ stadionlarında keçirilmişdir. Ümumilikdə rayon turnirində  8 komanda tərkibində   216 nəfər futbolçu  iştirak etmişdir.  
    06.05.2015-ci il tarixdə finala çıxmış kamandalar arasında növbəti oyun  keçirildi. Sona qalan Binə bələdiyyəsi və Türkan bələdiyyəsi arasında keçirilən oyunda bir sıfır hesabı ilə Binə bələdiyyəsi komandası qalib gələrək kuboka sahib çıxdı.
“Azal Arena” Stadionunda keçirilən final oyununu izləmək üçün Xəzər rayon İcra Hakimiyyətinin Başçısı  cənab Gülağa İslamov , Millət Vəkili Rauf  Əliyev, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov Xəzər rayon Hüquq mühafizə orqanlarının rəhbərləri, Azal Futbol Klubunun  vitse-prezidentləri  Elşad Babayev, Fikrət Hüseynov iştirak  etmişdilər.
  Sonda I,II və III yerləri tutmuş komandalar Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı Xəzər İnkişaf Fondu tərəfindən kubok,  diplomlar və hədiyyələrlə mükafatlandırılmışdırlar.


 

Keçidlər