Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü ilə əlaqədar Xəzər rayonunda ağac əkmə aksiyası keçirilmişdir .
02 may 2015-ci il tarixdə Xəzər rayonunun qala qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 –ci il dönümü ilə əlaqədar Xəzər RİH, Heydər Əliyev Fondu və Yap Xəzər rayon Təşkilatının birgə təşkilatçılığı ilə ağac əkmə aksiyası keçirilmişdir .
Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov , Milli Məclisin deputatı Rauf Əliyev , Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Yap Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov , Hüquq mühafizə orqanlarının rəhbərləri , xidmət sahələrinin rəhbərləri ilə yanaşı rayon idarə təşkilat kollektivləri iştirakı etmişdir. Keçirilən aksiya zamanı ərazidə ümummillikdə 500 ədəd Eldar şamı ağacı əkilmiş və suvarılmış, ətraf ərazidə təmizlik işləri görülmüşdür. Həmçinin ətraf ərazidən məişət tullantıları yığılaraq , geniş şəkildə abadlıq işləri aparılmışdır.