Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinəsi Xəzər rayonunda uğurla başa çatmışdır.

30 aprel 2015 | 15:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevralın 2-dən may ayının 1-dək yerlərdə əhalinin pulsuz tibbi müayinəsinin həyata keçirilməsi Xəzər rayonunda uğurla başa çatmışdır.
           Xəzər rayon İcra Hakimiyyəti başçısının  müvafiq sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində xüsusi komissiya yaradılmış,  rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuş, hər bir vətəndaşın yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçmələri üçün lazımi maarifləndirmə işləri aparılmışdır.
      Rayon üzrə əhalinin pulsuz tibbi müayinədən keçirilməsi 6 tibb müəssisəsi tərəfindən həyata keçirilmişdir. (26, 31, 29, 14 saylı Birləşmiş Şəhər Xəstəxanalarında, 17 saylı Şəhər poliklinikasında və Zirə Dioqnostika Mərkəzi)
    Xəzər rayon əhalisinin 106132 nəfərini 18 yaşından yuxarı sakinlər təşkil edir. Yekun məlumata əsasən artıq 83401 nəfər rayon sakini tibbi müayinədən keçmişdir. Tibbi müayinələrdən keçənlərin 10567 nəfəri Ambulator, 595 nəfəri Stasionar müalicəyə cəlb olunmuş, 97 nə isə Bakı şəhərinə göndərilmişdir.


 

Keçidlər