Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2015-ci ilin I rübündə sosial-iqtisadi inkişafın yekunlarına dair hesabat konfransı keçirilmişdir.

16 aprel 2015 | 15:00

2015-ci il aprel ayının 16-də Xəzər rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına dair hesabat konfransı keçirilmişdir.
Hesabat konfransında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin üzvü Rauf Əliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri,  idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa islamov çıxış edərək 10 aprel 2015-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 1-ci rübündə  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək gələcəkdə görüləcək işlərlə, qarşıda duran vəzifələrlə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirdi.
G.İslamov Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Xəzər rayonunun da hərtərəfli inkişaf üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğuladı.
Belə ki, Ötən dördə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
   Nəqliyyat sektorunda 73 milyon 326,2 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə  müqayisədə 92,4 % olmuşdur.
  Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 1 milyon 273,6 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% cox rabitə xidməti göstərilmişdir.
  Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar,parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş ,  yeni xidmət və istehsal  müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
  Hazırda Süvəlan qəsəbəsinin mərkəzi Almaz İldırım və Mərdəkan qəsəbəsinin Yesenin  kücələrinin yenidən qurulması, o cümlədən divarlara aglay daşının, səkilərin müasir üslubda yenidən qurulması, yolboyu  milli və tarixi elementlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Şüvəlan və Mərdəkan   qəsəbələrində hasarlara 2811kv.m aglay daşı vurulmuş, 112 paqon metr bardyur salınmış, bina və hasarların fasad hissəsinin işıqlandırılması məqsədilə  56 ədəd fənər quraşdırılmışdır.Şüvəlan qəsəbəsinin A.İldırım küçəsində 620 kv.m köhnə hasar sökülərək yenidən tikilmiş, 200 kv.m hasar isə bərpa olunmuşdur.
  Yaşıllıqların salınması ilə əlaqədar 2015-ci ilin 1-ci rübündə  rayon ərazisində idarə , müəssisə və təşkilatların iştirakı ilə   6734 agac əkilmişdir.  İdeya İctimai Birliyinin təşəbbüsü ilə 1-ci    Umumrespublika Yaşıllaşdırma marafonu çərçivəsində mart-aprel aylarında rayon ərazisində 10 min agacın əkilməsi nəzərdə tutulmuşdur ki, artiq  mart ayında  bu məqəsədlə 5500 ədəd muxtəlif növ agac əkilmişdır. Hazırda da  ərazilərdə yaşıllıqların salınması və onlara aqrotexniki qulluq  işləri  davam etdirilir.
  Hesabat dövrundə  asfalt yolların əsaslı və cari təmiri istiqamətində Mərdəkan, Şüvəlan, Şagan və  Zirə nqəsəbələrində   cəmi  5 min  kv.m yeni asfalt örtüyü salınmışdır.
  Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2015-ci ilin 1-ci rübü ərzində 30 min 256
kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 9184 ton içməli su daşınmışdır.
  Qaz təchizatı ilə baglı hesabat dövründə rayonunun Qaz İstismar sahəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması  istiqamətində   Buzovna qəsəbəsində 847, Binə qəsəbəsində 75 ,  Qala qəsəbəsində 6031, Şüvəlan qəsəbəsində 839 paqon metr olmaqla cəmi rayon uzrə 7 min 213 paqon metr  qaz xətti çəkilmiş və dəyişdirilmişdir . Rayonda  əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 100,2 faiz , abonentlərin ödənişdə  iştirakı isə  69 faiz olmuşdur.
Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 2 ədəd yeni transformator məntəqəsi quraşdırılmış və 6 ədəd güc transformatoru dəyişdirilmiş, 73 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub, 1850 metr kabel ,2011 metr naqil çəkilib və dəyişdirilmişdir.
  Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 100,1 faiz, abonentlərin ödənişdə  iştirakı 67% ,saygaclaşma isə 99 faiz təşkil etmişdir.
  Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal departamenti tərəfindən ümumilikdə  müxtəlif ölçülü 263,5 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş,  3300 paqon metr su xətti cəkilmiş,  356 ədəd  smart tipli saygac quraşdırılmışdır. Əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə  20 ədəd su nasosu təmir edilmişdir.
  Kanalizasiya xəttləri üzrə keçən dövrdə  mexaniki usulla və maşınla cəmi 8090 paqon metr kanalizasiya xətti,  29 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmişdir.
  Hesabat dövründə əhaliyə  212 min manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 196 min 600  manat  yıgım  aparılaraq  ödənişə  97,1 faiz nail olunmuşdur.
   Hesabat dövründə Heydər Əliyev Fondu və Dövət Proqramı çərçivəsində Təhsil sahəsi üzrə Şüvəlan qəsəbəsində 2 və 4 saylı internat məktəbinin, Qala qəsəbəsində GENS dünya akademiyasının ,Mərədəkan qəsəbəsində Sərhəd xidmətinin xüsusi məktəbinin yeni korpusnun ,Buzovna qəsəbəsi Alballılıq yaşayış sahəsində , Mərdəkan qəsəbəsində və Binə qəsəbəsində uşaq bagçalarının, Zirə qəsəbəsində Dalga uşaq düşərgəsinin tikintisi davam etdirilir .
Səhiyyə sahəsi üzrə    Buzovna qəsəbəsində Uşaq Reabilitasiya Mərkəzinin, 7 nömrəli Vərəm xəstəxanasının, Gindes adına Uşaq və yeniyetmələr üçün sümük- vərəm xəstəlikləri sanatoriyasının tikintisi davam etdirilir.
   Mədəniyyət, Gənclər və idman sahələri  üzrə Türkan, Mərdəkan, Qala  və Buzovna qəsəbələrində idman mərkəzlərinin və Şagan qəsəbəsində Mədəniyyət evinin  tikintisi  hazırda davam etdirilir.
   Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı kimi anım günləri keçirilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xətirəsi ehtiramla yad edilmişdir.
       Novruz bayramı münasibətilə Zirə qəsəbə parkında bayram şənliyi təşkil edilmiş, 600 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti  və  tonqal  ətrafında şənlik təşkil olunmuş, xalqımızın qədim və zəngin adət ənənələri özündə əsk etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən şəhid, əlil və digər aztəminatlı ailələrə  ərzaq  yardımı paylanılmışdır.Tədbir İctimai televiziya vasitəsilə geniş işıqlandırılmışdır.
       2015-ci ilin 1-ci rübündə Xəzər RİH Aparatına 542 ərizə, şikayət və müraciət və 560 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş 542 ərizə və muraciətdən 234 ərizə musbət həll edilmiş, 249 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 59 ərizə isə icraatdadır.
       Heasabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 20 nəfər vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların icra hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata kecirilmişdir.
      2015-ci ilin 1-ci rübündə RİH Başçısı tərəfindən qəsəbələrdə 6 səyyar qəbul keçirilmiş, 436 nəfər iştirak etmiş və 18 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su , kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənən müraciətlərin əksəriyyəti həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
      Hesabat iclasının yekununda G.İslamov Xəzər  rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində rüb ərzində çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini, eyni zamanda, qarşıda nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə etmişdir.

Keçidlər