Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Türkan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirdi.
08 aprel 2015-ci il tarixdə Xəzər rayonunun Türkan qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
Səyyar görüşdə RİH başçısının müavinləri, RİHB-ı aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. 130 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. İcra Başçısı qəsəbədə gedən yeni abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verdi.
Daha sonar qəsəbə sakinlərindən Əmirova Rəna Həsrətağa qızı, Quliyev Kamal Ataməli oğlu və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqları aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.