Şriftin ölçüsü :

Saytın rəngi :

MDB Parlametntlərarası Asambleyasının nümayəndələrinin iştirakı ilə faşizim üzərində qələbənin 70-ci il dönümünə həsr olunmuş “ Yaddaş estafeti” aksiyası çərçivəsində Xəzər rayonu Buzovna qəsəbəsində tədbir keçirilmişdir .

18 mart 2015 | 16:00

   18 mart 2015-ci il tarixdə Xəzər rayonun Buzovna qəsəbəsində 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əbədiləşdirən Abidə kompeksinin qarşısında Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının nümayyəndələrinin iştirakı ilə faşizim üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş “Yaddaş estafeti” aksiyası çərçivəsində tədbir keçrilmişdir. Tədbirdə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvu Lyudmila Kozlova, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları təşkilatının sədri general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatı  Rauf  Əliyev, Xəzər Rayon İHB-nın müavini Arif  Balayev, rayon və qəsəbə ictimayyətinin nümayyəndələri, məktəblilər iştirak etmişlər.
   Tədbirdə çıxış edən millət vəkili Rauf  Əliyev gələn qonaqları salamlamış, Azərbaycan Respublikasında Böyük Vətən Müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısından və keçrilən aksiyanın dövlətlərarası, xalqlararası münasibətlərin daha da yaxşılaşması üçün əhəmiyyətindən danışmışdır.
    Tədbirin sonunda Abidənin qarşısındakı əbədi məşəldən Böyük Vətən Müharibəsi Veteranı tərəfindən götürülmüş od xüsusi kapsulada gənc nəslin nümayyəndəsi tərəfindən nümayyəndə heyyətinə təhfil verilmişdir.
   Qələbə memoriallarından götürülmüş və Sank-Peterburqa gətirilmiş əbədi məşəl hissələri “Yaddaş estafeti” aksiyasının finalına qədər “Leninqradın Qəhrəman Müdafiəçiləri” monimentinin Xatirə Zalında saxlanılacaq.
    2015-ci il aprelin 16-da Sank-Peterburqdakı Tavriya sarayı qarşısında təntənəli mərasim keçriləcək. Burada MDB üzvu olan Dövlətlərin Parlamentlərarası Assambleyanın nümayyəndələri əbədi məşəl hissələrini Birliyin əbədi məşəli şəklində birləşdirəcək və onu Sank-Peterburq Dövlət Tarix Muzeyinə təqdim edəcəklər.

Keçidlər