Xəzər rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd edildi.
Mart ayının 19-da Zirə qəsəbəsinin “Gənclər” Parkında Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi keçirilmişdir. Bayram şənliyində Xəzər rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovla yanaşı, Millət Vəkili Rauf Əliyev, “Heydər Əliyev Fondunun” nümayəndəşı İlqar Mustafayev, Xəzər rayonunun Hüquq mühafizə orqanlarının rəhbərləri idarə və müəsissə rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.
İlk öncə qonaqları qarşılayan tarixi keçmişimizdə ululuq rəmzi sayılan Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əminamanlıq arzulaması, Bahar qızının qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşılaması tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Daha sonra qonaqlar rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri ilə tanış oldular. Rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları, Kosa, Keçəlin iştirakı şənliyin daha da əyləncəli, şux keçməsinə zəmin yaratdı.
Daha sonra şənlik Respublikamızda tanınmış incəsənət xadimlərinin və rayonda fəaliyyət göstərən müsiqi məktəblərinin iştirakı ilə davam etdirildi.
Bayram münasibəti ilə rayondakı aztəminatlı və şəhid ailələrinə, məcburi köçkünlərə bayram süfrəsi açıldı. Bayram tədbiri İctimai Televiziya vasitəsi ilə Ekzklüziv çəkilərək yayımlanmışdır.