Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Bakı - 2015 Birinci Avropa Oyunları " tarixi nəaliyyətimizdir devizi altında velosiped idman növü üzrə "Məktəbli Kuboku" keçirilmişdir.

13 mart 2015 | 16:00

   12 mart 2015-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyəti,Xəzər rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə velosiped idmanının inkişaf etdirilməsi,gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədilə Mərdəkan qəsəbəsində "Bakı - 2015 Birinci Avropa Oyunları " tarixi nəaliyyətimizdir devizi altında velosiped idman növü üzrə "Məktəbli Kuboku" keçirilmişdir.
    Yarışda  Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, ,Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev iştirak etmişdir.
    Yarışda 25 məktəb 100 nəfər idmançı öz qüvvəsini sınamışdır.Yekun nəticələrə görə "Bakı - 2015 Birinci Avropa Oyunları " tarixi nəaliyyətimizdir devizi altında velosiped idman növü üzrə "Məktəbli Kuboku"nun qalibləri aşağıdakılardır:
I yer - 326№-li tam orta məktəb
II yer - 123№-li tam orta məktəb
III yer - 119№-li tam orta məktəb
Qalib komandalara mükafatlar təqdim olunmuşdur.

Keçidlər