Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonunun Şağan qəsəbəsindəki 3 nömrəli internat evinin sakinləri ilə görüşmüşdür.
12 mart 2015 | 16:00
Martın 11-də – Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.
Xəzər rayonunun Şağan qəsəbəsindəki 3 nömrəli internat evində Leyla Əliyeva əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə baxıb. İnternat evində yaradılmış şəraitlə tanış olan Leyla Əliyeva burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlanıb.
İnternat evi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub.
Sonda Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.