Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirildi.

06 mart 2015 | 16:00

     Martın 6-də Xəzər RİH-də 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirildi.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, RİHB Aparatında çalışan xanımlar, Aparatın əməkdaşları və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak edirdi.
      Bayram tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək cəmiyyətdə və ailədə qadınların rolundan danışaraq bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb.
   Onların bütün sahələrdə kişilərlə yanaşı geniş təmsil olunmalarını ölkəmizdə dövlət səviyyəsində qadınlara göstərilən ehtiramın bariz nümunəsi olduğunu qeyd etdi.            .
Tədbirin gedişində qadınlara Rayon İcra Hakimiyyəti başçısı tərəfindən bayram hədiyyələri təqdim edildi.

Keçidlər