Xəzər royununda Xocalı soyqırımının 23-cü il dönümünə həsr edilmiş tədbir keçirilmişdir
25 fevral 2015-ci il tarixdə Xəzər rayonu Mərdəkan Mədəniyyət evində 26 fevral-Xocalı soyqırımının 23-cü il dönümünə həsr edilmiş tədbir keçirilmişdir
Tədbirdə Xəzər RİH başçısının birinci müavini V.Həsənov, Xəzər rayon İnkişaf Fondunun sədri İlqar Musatafayev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri məktəblilər Polis Akademiyasının rəhbərliyi və kursantları Milli Aviasiya Akademiyasının tələbələri ilə yanaşı 380 nəfər rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbirdən öncə Mərdəkan Mədəniyyət sarayının foyesində “Xocalı soyqırımı şağirdlərin gözü ilə” mövzusunda rəsm sərgisi nümayiş etdirilmişdir.
Daha sonra Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Xocalı Soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı harayı ” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.