Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində tədbir keçirilmişdir.

13 fevral 2015 | 16:00


      13 fevral 2015-ci il tarixdə Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə, sağlam həyat tərzinin təbliğ olunması,asudə vaxtln səmərəli təşkili, şagirdlər arasında antinarkotik dünya görüşünün formalaşdırılması,”Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013 – 2018 – ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə gənclər üçün maarifləndirmə tədbiri,tamaşa təşkil olunmuşdur.
       Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev,Bakı Uşaq teatrının direktoru İntiqam Soltan tədbir iştirakçılarını salamlayaraq, tədbiri açıq elan etdi.Sonra isə “Həyatla oyun” adlı tamaşa nümayiş olundu.Tədbirdə 250 nəfər gənc iiştirak etmişdir.

Keçidlər