Ölkə Başçısının tapşırığına əsasən Xəzər rayonunda növbəti tibbi müayinə aksiyasına başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Xəzər rayonunda müvafiq komissiya yaradılıb. Fəaliyyət göstərən komissiya tibbi profilaktik müayinənin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır. Müayinələr rayon ərazisindəki 14, 26, 29, 31 saylı BŞX –da, 17 saylı poliklinikada və Zirə Müəlicə Dioqnostika Mərkəzində aparılır və bu məqsədlə həmin tibb müəssisələrində bütün lazımi şərait yaradılmışdır.
Dövlət Başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri xüsusi həvəslə profilaktik tibbi müayinələrdən keçirlər. Ayrı-ayrı həkim otaqlarında eləcə də rentgen, ultrasəs müayinəsi kabinetlərində labaratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Aksiyanın ilk 7-8 günü ərzində 7 min nəfər tibbi müayinədən keçmişdir.
Müayinələr zamanı səhətində hər hansı problem çıxan sakinlər daha dərin müayinə və müalicələr aparılması üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Ciddi müalicəyə ehtiyacı olan aztəminatlı ailələrin üzvlərinə, onların dərman preparatları ilə təmin olunmasına rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilir. Aksiya çərçivəsində 106132 nəfər rayon sakini tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur .