Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər günü Xəzər rayonunda qeyd edilib .

30 yanvar 2015 | 16:00

     30.01.2015-ci il tarixdə Xəzər RİH-i və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  “2 Fevral Azərbaycan Gənclər günü” nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.  Tədbir Gənclər evində rayonun istedadlı gənclərinin rəsm sərgisinə baxışla başlayıb. Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əliyev, YAP-nın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və 100 gənc iştirak edib.
Tədbirin rəsmi hissəsində rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Balayev, millət vəkili        Rauf   Əliyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək gəncləri təbrik ediblər, daha sonra gənclər siyasəti sahəsində nailiyyətlər əldə edən gənclərə diplomlar xatirə hədiyyələri təqdim olunub.
Tədbirin bədii hissəsi estra ulduzlarının çıxışı ilə davam edib.
 

Keçidlər