Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair “Dövlət Proqramı”nda Xəzər rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına dair Şura iclası keçirilmişdir.

29 yanvar 2015 | 16:00

     2015-ci il yanvarın 29 da  Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında  “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair “Dövlət Proqramı”nda Xəzər rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası barədə” Şura iclası keçirildi.
“Dövlət Proqramı”nda Xəzər rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası barədə gündəlik məsələnin geniş müzakirəsindən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün ölkədə həyata keçirilən geniş, irimiqyaslı abadlıq-quruculuq işləri barədə, o cümlədən, Bakı şəhərində, xüsusən də, Xəzər  rayonu ərazisində həyata keçirilən işlər barəsində geniş məlumat verdi. 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair “Dövlət Proqramı”nda Xəzər rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası barədə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əfsər Mirzəliyev məruzə etdi. Məruzəçi öz çıxışında 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair “Dövlət Proqramı”nın yüksək əhəmiyyət kəs etməsi, ötən bir il ərzində Xəzər rayonunda Proqram çərçivəsində görülmüş işlər haqqında təhlil və araşdırmalar, eləcə də monitorinqlər nəticəsində əldə olunan uğurlar istiqamətində danışaraq qarşıda xeyli vəzifələrin olduğunu xüsusilə vurğuladı.
         Sonra Xəzər rayonunda Proqram çərçivəsində görülmüş işlər haqqında Şura üzvləri  çıxışlar etdilər. Rayon İcra Hakimiyyəti başçısı bəzi problemlərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdi və qeyd olunan məsələlər şuranın müvafiq protokoluna daxil edildi.
         Şura iclasının sonunda görülən işlər və qarşıda duran həlli vacib olan məsələlərin icrası ilə bağlı qərar qəbul edildi.

Keçidlər