Şriftin ölçüsü :

Saytın rəngi :

İnternat evinin sakinlərinə bayram sevinci bəxş olunub.

19 dekabr 2014 | 16:00

    Dekabrın 19-da Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 3 nömrəli internat evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə görüş keçirilib.
      YAP Xəzər rayon təşkilatının, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər İnkişaf Fondunun birgə təşkilatçılığı ilə keçirilən görüşdə partiyadan olan könüllülər də iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə internat evində yaradılmış şəraitlə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
      Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Xəzər İnkişaf Fondunun direktoru İlqar Mustafayev, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, internat evinin direktoru Sevinc Məlikova çıxış edərək uşaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər.
     Tədbirdə Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi sosialyönümlü layihələrdən söz açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəni daim diqqətdə saxladığı, belə tədbirlərin davamlı olacağı vurğulanıb.
     Görüşdə uşaqların iştirakı ilə musiqi və rəqs nömrələri təqdim edilib, onlara hədiyyələr paylanıb.

Keçidlər