Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin mərkəzi küçələrində abadlıq-quruculuq işləri sürətlə davam etməkdədir.

20 noyabr 2014 | 16:00

      Respublikamızın hər yerində olduğu kimi paytaxtın Xəzər rayonu ərazisində də davamlı abadlıq-quruculuq işləri aparılır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  imzaladığı dövlət proqramları, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi
Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində davam etdirilir.
    Rayonun bütün yaşayış sahələrində olduğu kimi, hazırda rayonun Mərdəkan və Şüvəlan qəsəbələrinin mərkəzi küçələri əsaslı şəkildə yenidən qurulur və abadlıq-quruculuq işləri aparılır.
Belə ki, yolların ətrafları abadlaşdırılır, yol kənarı hasarlara müasir üzlük daşlar vurulur, fərdi yaşayış evlərinin hasarları və darvazaları əsaslı təmir edilir və rənglənir. Həyətlərə yeni giriş qapıları, avtobus dayanacaqlarına oturacaqlar qoyulur, dekorativ hasarlar çəkilir, hasarlar dekorativ kollarla bəzədilir, ağaclar, kollar, güllər əkilir, landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılır, yol kənarı obyektlərin fasadları təmir edilir.
Ümummillikdə Mərdəkan qəsəbəsində 575 kv m Aqlay daşı və 959 kv m səki daşı vurulmuş,  72 p/m bardür yenisi ilə əvəzlənmiş, 3200 kv m əraziyə yaşıl ot örtüyü salınmışdır.
   Şüvəlan qəsəbəsi üzrə isə 8310 kv m Aqlay daşı, 2600 kv m səki daşı vurulmuş, 1200 kv m hasarın hörgüsü aparılmış, 460 kv m qaya daşı, 320 kv m fasadın bərpası,  230 kv m dam örtüyü əvəzlənmiş, 10 ədəd işıq dayağı basdırılmış, 235 ədəd işıq fənəri salınmış, 50 p/m qaz xəttinin yeri dəyişdirilmiş, 180 p/m qaz xətti rənglənmişdir.
Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçirilir
 

Keçidlər