IDEA İctimai Birliyinin təşəbbüsü ilə Xəzər rayonunin Türkan qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.
15 noyabr 2014 | 16:00
15.11.2014-cü il tarixdə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Xəzər rayon İcra Hakimiyyəti və Azərsun Holdinqin birgə təşkilatçılığı ilə Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Azərsun Holdinqin əməkdaşları və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri, ümumilikdə 100 nəfərin iştirakı olmuşdur. Keçirilən aksiya zamanı ərazidə əkilən 1000 ədəd Zeytun ağacı əkilmiş, suvarılmış və ətraf ərazidə təmizlik işləri görülmüşdür.