Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon məktəbliləri İsmayıllıda

10 noyabr 2014 | 16:00

09.11.2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Respublikamızın ayrı-ayrı bölgələrini, onların spesifik xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Xəzər rayonunun məktəbliləri də bu layihəyə qoşulublar.
     Şagirdlər "Ölkəmizi tanıyaq" devizi altında İsmayıllı rayonuna ekuskursiyaya yola salınıblar.
Məktəblilər ilk öncə ulu öndərin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan abidəsinin qarşısına gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirdikdən sonar onlar üçün ayrılmış xüsusi avtobusla İsmayıllı rayonuna yola düşüblər.
     Məktəbliləri əvvəlcə İsmayıllıdakı Heydər Əliyev Mərkəzində olublar. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mərkəzin konfrans zalında İsmayıllı rayonunun tarixi, flora və faunası, mədəni, sosial-iqtisadi həyatı barədə məktəblilərə ətraflı məlumat verib. Bildirilib ki, İsmayıllı Böyük Qafqazın Cənub yamaclarında yerləşir.   Dağlıq relyefə malik rayonun ən hündür nöqtəsi 3629 metr yüksəklikdə olan Babadağ zirvəsidir. Babadağ yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə, bir-biri ilə yanaşı 3 təbii göl bu yerlərin sərvətidir. İsmayıllı qədim tarixi abidələrlə də zəngindir. Xanagah kəndi yaxınlığında VII əsrə aid Qız qalası, Sulut kəndində XVIII əsrə aid Fit dağı məscidi, VII əsrə aid Cavanşir qalası bu qəbildəndir. Bu məlumatları Xəzər rayon məktəbliləri maraqla qarşılayıblar. Ulu Öndərin həyat və fəaliyyətinə dair 200-dən çox sənədin, o cümlədən, şəkillərin, əlyazmaların, disklərin nümayiş etdirildiyi Heydər Əliyev Mərkəzi, burada fəaliyyət göstərən 6 dərnəyin işi şagirdlərdə xoş təəssüratlar yaradıb. Məktəblilərə hədiyyələr təqdim olunub.  Sonra tur-aksiya iştirakçıları İvanovka kəndində və Lahıc qəsəbəsində olublar. Məktəblilər Azərbaycanda tolerantlığın parlaq nümunəsi olan İvanovkada, eləcə də sənətkarlar diyarı Lahıc qəsəbəsində olmaqdan məmnun qaldıqlarını bildiriblər.

Keçidlər