Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzr rayonunda Bayraq günü qeyd olundu.

07 noyabr 2014 | 16:00

  07.11.2014 –cü il tarixdə Xəzər rayonu İcra Hakimiyəti əlamətdar gün münasibəti ilə Bayraq meydanında tədbir keçirilmişdir. Tədbirdə RİH-nin başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Qəsəbə nümayəndələri, Bələdiyyə sədrləri,  rayon ictimaiyyəti və digər rəsmilər iştirak etmimişdir.
  Tədbir iştirakçıları ilk öncə ulu öndərin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan abidəsinin qarşısına gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmişdilər.
RİH başçısı Gülağa İslamov tədbiri açıq elan edərək iştirakçıları salamlamış və bayram günü münasibəti ilə təbrik etmişdir. Natiq, həmçinin ölkə prezidentinin sərəncamı ilə hər il qeyd olunan bayraq gününün rayonda böyük ruh yüksəkliyi ilə qeyd edildiyini bildirmişdir.
  Tədbirdə çıxış edən Millət Vəkili Rauf Əliyev də öz növbəsində rayon ictimaiyyətini “Bayraq Günü” münasibəti ilə təbirik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məlum fərmanı ilə  dövlətimizin əsas atributuna olan hörmət və ehtiramın günbə-gün daha da artdığını qeyd etmişdir.
Rəsmi çıxışlar bitdikdən sonra qonaqlar rayon məktəblilərinin əl işlərindən ibarət  rəsm sərgisi ilə tanış olmuşdular.
   Tədbirdə, həmçinin  məktəblilərin hazırladığı şeir və musiqi kompazisiyası səslənmişdir.
   Tədbirin sonunda  rəsm müsabiqəsinin qaliblərinə RİH-nin başçısı tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilmişdir.

Keçidlər