Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin KOICA Azərbaycan Nümayəndəliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası KOAZ 18 oktyabr 2014-cü il tarixində Xəzər rayonunda yerləşən 3 Nömrəli əqli və fiziki qüsuru olan uşaq internat məktəbində olmuşlar.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin KOICA Azərbaycan Nümayəndəliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası KOAZ 18 oktyabr 2014-cü il tarixində Xəzər rayonunda yerləşən 3 Nömrəli əqli və fiziki qüsuru olan uşaq internat məktəbində olmuşlar.
KOICA Azərbaycan hökuməti ilə bir sıra qrant layihələr həyata keçirməklə yanaşı, KOICA təqaüd proqramlarının iştirakçıları ilə birgə Azərbaycandakı internat məktəbləri və uşaq evlərinə də xeyriyyə səfərləri təşkil edir. Onlar valideyn və ailə himayəsindən məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını təşfiq edən xeyriyyə aksiyaları həyata keçirirlər. Bu xeyriyyə aksiyaları çərçivəsində KOICA uşaq evləri və internat məktəblərinə hədiyyələr göndərir. KOICA və KOICA Oktyabrın 18-də baş tutmuş səfərin də məqsədi insanların, xüsusilə əqli və fiziki qüsuru olan uşaqların yaşayışı ilə tanış olmaq, onlara həm mənəvi həm də maddi dəstək verməkdir. Hazırda 3 Nömrəli Uşaq İnternat Məktəbində 165 nəfər əqli və fiziki qüsurlu uşaq yaşayır və təhsil alır.
İnternat məktəbindəki uşaqlara müxtəlif növ meyvə şirələri və şirniyyatlar paylanmışdır. Bundan əlavə, qonaqlar tərəfindən internat məktəbinə sintezator, yorğanlar, paltarlar, ərzaq və məzələr, yuyucu tozu və uşaq bezləri bağışlanmışdır.
KOICA-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Kim Eun Suk KOICA və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat vermiş və təxminən 25 KOICA məzununun səfərə qoşulduğunu qeyd etmişdir. Xanım internat məktəbinin işçi heyətinə bu xoş qarşılamaya görə öz minnətdarlığını bildirmiş və könüllülərin iştirakını yüksək qiymətləndirmişdir. Xanım Kim hər kəsə fəal iştiraka görə təşəkkür etmiş və xeyriyyyə tədbirlərinin davam edəcəyini söyləmişdir.
Xəzər rayon icra başçısının müavini Lalə Əhmədova xanım Kim Eun Suka və KOICA Nümayəndəliyinə xoş təşəbbüsə görə minnətdarlığını bildirmiş və əlavə etmişdir ki, KOAZ məzunları KOICA proqramlarında iştirak etmək hüququ qazanmış və Koreyada əldə etdikləri bilik və bacarıqları Azərbaycan cəmiyyəti ilə bölüşmək əzmindədirlər. Lalə xanım uşaqların könüllüləri gördükdə sanki uzun bir müddətdən sonra öz yaxınlarını görmüş kimi münasibət bəslədiklərini də əlavə etmişdir.