Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısı Buzovna qəsəbəsində qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.

22 oktyabr 2014 | 15:00

  22 oktyabr 2014-cü il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun   qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
   Səyyar görüşdə Millət vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, RİH-i aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. 120 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı.  Daha sonra  İcra Başçısı qəsəbədə  gedən yeni abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verdi.
Səyyar görüşdə həmçinin Millət vəkili Rauf Əliyev çıxış etdi. Millət vəkili son on ildə rayonda ümumillikdə geniş layihələrin həyata keçməsindən, görülən abadlıq-quruculuq işlərindən söz açaraq gələcəkdə də rayonunun həll olunmayan problemlərinin həllinə çalışılacağını vurğuladı.
  Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqları aradan qaldırılmasını xahiş etdilər.
      Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər