Xəzər rayonunda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat konfransı keçirilmişdir.
16 oktyabr 2014-cü il tarixdə Xəzər rayonunda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat konfransı keçirilmişdir.
Hesabat iclasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri İ.Mustafayev, idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa islamov çıxış edərək cari il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ilin birinci yarısında ölkəmizin inkişafının təmin edildiyini, qarşıda duran bütün məsələlərin icra edildiyini diqqətə çatdıraraq 2014-cü ildə görüləcək işlərlə, qarşıda duran vəzifələrlə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirdi.
G.İslamov Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Xəzər rayonunun da hərtərəfli inkişaf üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğuladı.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev hesabat məruzəsi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
Ötən dördə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün
sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı 176 milyon 325 min manat təşkil
etmişdir. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 98,9 % olmuşdur.
Nəqliyyat sektorunda 459 milyon 085,7 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 % cox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 3 milyon 578,1 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4% cox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 97 milyon 452,3 min manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 10,8 faiz olmuşdur. İstifadə edilmiş investisiyaların 72 milyon 771,6 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1 faiz təşkil etmişdir.
İstehlak və xidmət bazarlarında əhaliyə 63 milyon 441,5 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 62 milyon 832,5 min manata, pullu xidmətlərin həcmi 609,2 min manata çatmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 24,1 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 0,4 fazi kənd təsərrüfatı bazarları, 75,5 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 560,6 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 466,2 manat, tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 468,5 manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 1158 yeni iş yeri açılmışdır. Bunun 60-ı yeni yaradılmış müəssisə və təşkilatlar, 70-i mövcud müəssisə və təşkilatlar, 1117-si isə fiziki şəxslər tərəfindən açılmışdır. Ümumiyyətlə son 11 il ərzində rayon ərazisində 17 min 419 yeni iş yerləri açılmışdır.
2014-cu ilin 9 ayında rayonun yerli xərcləri 4 .659.963 manata qarşı 4.056.870 manat icra olunmuşdur.
Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş , yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
Hesabat dövründə Mərdəkan qəsəbəsində umumi sahəsi 2,6 ha olan Heydər Əliyev adına məkəzi park yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir.
Hazırda Süvəlan qəsəbəsinin mərkəzi Almaz İldırım, Mərdəkan qəsəbəsinin Yesenin və Binə qəsəbəsinin İsazadə kücələrinin yenidən qurulması, o cümlədən divarlara aglay daşının, səkilərin müasir üslubda yenidən qurulması, yolboyu milli və tarixi elelemntlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir.
Yaşıllıqların salınması ilə əlaqədar 2014-cü ilin 9 ayı ərzində rayon ərazisində idarə , müəssisə və təşkilatların iştirakı ilə 34 min 824 agac əkilmişdir. Mərdəkan qəsəbəsində 2500, Şüvəlan qəsəbəsində 564, Binə qəsəbəsində 150, Buzovna qəsəbəsində 750, Zirə qəsəbəsində 30 min, Türkan qəsəbəsində 750, Şagan qəsəbəsində 110 agac əkilmişdir. Hazırda da ərazilərdə yaşıllıqların salınması və onlara aqrotexniki qulluq işləri davam etdirilir.
Hesabat dövründə Şüvəlan-Mərdəkan-Qala və Qala-Pirallahi magistral yollarının yenidənqurulması ilə əlaqədar işlər davam etdirilir, yolkənarlarında xarici görünüşə xələl gətirən qeyri qanuni tikililər sökülür. Hazırda da həmin ərazidə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında Fərmana müvafiq olaraq işlər yekunlaşmaq üzrədir.
Hesabat dövrundə asfalt yolların əsaslı və cari təmiri istiqamətində Şüvəlan və Mərdəkan qəsəbələrində 15 küçədə cəmi 28.963 kv.m yeni asfalt örtüyü salınmışdır.
Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2014-cü ilin 9 ayı ərzində 98.050 kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 30.444 ton içməli su daşınmışdır. Müqaviləyə əsasən səhiyyə obyektlərindən, xidmət ərazilərindən və məcburi köckünlərin məskunlaşdıgı düşərgələrdən 5322 ton cirkab maye daşınmışdır.
Qaz təchizatı ilə baglı hesabat dövründə rayonunun Qaz İstismar idarəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması istiqamətində Mərdəkan qəsbəsində 2352 , Buzovna qəsəbəsində 17.761, Binə qəsəbəsində 9402 , Türkan qəsəbəsində 1200, Qala qəsəbəsində 9143, Şüvəlan qəsəbəsində 1288, Zirə qəsəbəsində 925, Şagan qəsəbəsində 2000 paqon metr olmaqla cəmi rayon uzrə 44 min 71 paqon metr qaz xətti çəkilmiş və dəyişdirilmişdir
Rayonda əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 104,2 % , abonentlərin ödənişdə iştirakı isə 47 faiz olmuşdur.
Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 8 ədəd yeni transformator məntəqəsi quraşdırılmış və 16 ədəd güc transformatoru dəyişdirilmiş, 932 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub, 20.965 metr kabel ,17.744 metr naqil çəkilib və dəyişdirilmişdir.
Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 100,6 faiz, abonentlərin ödənişdə iştirakı 65% ,saygaclaşma isə 99 faiz təşkil etmişdir.
Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal departamenti tərəfindən ümumilikdə müxtəlif ölçülü 1199 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş, 19825 paqon metr su xətti cəkilmiş, 2422 evə su birləşməsi verilmiş, 4756 ədəd smart tipli saygac quraşdırılmışdır. Əhalini su təminatını yaxşılaşdırmaq məqsədilə 24 ədəd su quyusunun nasosları yenisi ilə əvəz edilmiş, 130 ədəd su nasosu təmir edilmişdir.
Kanalizasiya xəttləri üzrə keçən dövrdə mexaniki usulla və maşınla cəmi 27.290 paqon metr kanalizasiya xətti , 27 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmişdir . Dövlət Proqramına uygun olaraq hesabat dövründə cəmi rayon ərazisində 2945 paqon metr kanalizasiya xətti çəkilmişdir.
Hesabat dövründə əhaliyə 2.155,7 min manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 1 milyon 946 min manat yıgım aparılaraq ödənişə 95,9 faiz nail olunmuşdur.
Hesabat dövründə Heydər Əliyev Fondu və Dövət Proqramı çərçivəsində Təhsil sahəsi üzrə Şüvəlan qəsəbəsində 2 və 4 saylı, Zirə qəsəbəsində Dalga uşaq düşərgəsinin tikintisi davam etdirilir, Qala hərbi şəhərciyində isə Təhsil nazirliyi tərəfindən 216 saylı məktəbin cari təmiri başa çatdırılmışdır. Şagan qəsəbəsindəki 124 saylı məktəb üçün yeni binanın tikintisi, Türkan qəsəbəsində 6 saylı internat məktəblərinin yenidən qurulması, Binə qəsəbəsində 121 saylı orta məktəbin əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmiş və açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və millət vəkili Mehriban xanım Əliyeva iştirak etmişdirlər.
Mədəniyyət, Gənclər və idman sahələri üzrə Mərdəkan qəsəbəsində Heydər Əliyev adına Park, Türkan qəsəbəsində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş Abidə-park kompleksi, Buzovna qəsəbəsində Mədəniyyət evi və Şüvəlan qəsəbəsində Gənclər Evi yenidən tikilərək istifadəyə verilmişdir.Türkan, Mərədəkan və Buzovna qəsəbələrində idman mərkəzlərinin və Buzovna qəsbəsində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş abidə kompleksinin tikintisi hazırda davam etdirilir.
Hesabat dövründə digər sahələr üzrə Şüvəlan qəsəbəsində Şimal DRES-in 11 blokunun, Zirə qəsəbəsində B.Sərdarov adına zavodun filialının və İmam Rza məscidinin, Buzovna qəsəbəsində Yangın mühafizə bölməsinin tikintisi davam etdirilir.
Səhiyyə sahəsi üzrə Respublika əhalisinin tibbi müayinədən keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək Xəzər rayonu əhalisinin tibbi müayinədən keçirilməsi başa çatdırılmışdır. Bununla əlaqədar olaraq Xəzər RİH Başçısının 11.02.2014-cü il tarixli, 110 nömrəli Sərəncamı ilə komissiya yaradılmış, rayonun idarə, müəssisə və təşkilatlarının, qəsəbə nümayəndəlikləri, bələdiyyə sədrlərinin iştirakı ilə geniş yıgıncaq keçirilmiş , tibbi müayinənin mütəşəkkil keçirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.
Ümumilikdə fevral-may aylarında rayon əhalisinin 18 yaşdan yuxari olan 77 min nəfəri tibbi müayinədən keçmişdir.
2014-cu ilin 9 ayı ərzində Sosial Müdafiə Fondu tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 27 milyon 547,9 min manat təşkil etmiş, 16 min 346 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin edilmişdir, Onlardan yaşa görə 10. 735 nəfər, əlilliyə görə 4.057 nəfər, ailə başçısının itirməsinə görə 1554 nəfər pensiyaçıya vəsait ödənilmişdir.
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün 2090 ailə müraciət etmişdir ki, bunlardan 1730 ailəyə müvafiq komissiya tərəfindən ünvanlı sosial yardımı təyin olunmuşdur. Rayon üzrə cəmi 2223 nəfər ailəyə 295 min 910 manat məbləgində ünvanlı yardımın odənilməsi davam etdirilir.
Hesabat dövründə Məşgulluq Mərkəzinə 952 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Onlardan 441 nəfəri gənc, 48 nəfəri sərbəstləşmə ilə işini itirənlər, 405 nəfəri kadr axıcılığı ilə işdən azad olunanlar, 10 nəfəri hərbi xidmətdən tərxis olunanlar, 41 nəfəri məcburi köçkün və qaçqınlar və 5 nəfəri isə cəzaçəkmə yerlərindən azad olunanlardır.
Hesabat dövrü ərzində Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 362 nəfəri münasib işlə təmin edilmişdir ki, onlardan 75 nəfəri dövlət və bələdiyyə, 287 nəfər xüsusi mülkiyyət və fiziki şəxslərdə işə düzəlmişlər. İşlə təmin olunmuş 362 nəfərdən 43 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlardır ki, onlardan 26 nəfəri kvota üzrə işə düzəlmişlər.
Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı kimi anım günləri keçirilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xətirəsi ehtiramla yad edilmişdir.
Novruz bayramı münasibətilə Turkan Mədəniyyət sarayının qarşısında bayram şənliyi təşkil edilmiş, 600 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti və tonqal ətrafında şənlik təşkil olunmuş, atəşfəşanlıq keçirilmiş, xalqımızın qədim və zəngin adət ənənələri özündə əsk etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən şəhid, əlil və digər aztəminatlı ailələrə ərzaq yardımı paylanılmışdır.
Ulu ondər Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Mərdəkan mədəniyyət sarayının qarşısında Gül bayramı təşkil olunmuş, rayonun idarə, müəssisə,təkilatları, o cümlədən məktəbləri, yaradıcılıq mərkəzləri, uşaq bagçaları və ayrı-ayrı yaradıcı şəxsləri tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir. Tədbirdə respublikanın tanınmış sənət adamları rayon ictimaiyyətinin nümayəndələri qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Hesabat dövründə Azərbaycan xalqının umummilli Lideri Heydər Əliyevin anadan olmasının 91- ci ildönümü münasibətilə silsilə tədbirlər kecirilmişdir. Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar Xəzər rayonunun məktəblərinin XI sinif şagirdləri üçün YAP Xəzər rayon təşkilatının binasında mühazirələr təşkil olunmuşdur. Rayon üzrə 29 tam orta məktəb, 2 gimnaziya və 14 məcburi köçkün məktəbləri olmaqla cəmi 45 məktəbdə təhsil alan 3.125 XI sinif şagirdləri tədrisə cəlb olunmuşdur.
15 iyun Milli Qurtuluş günü ilə əlaqədar yenidən qurulan Heydər Əliyev adına Parkda 5 mindən cox tamaşaçının iştirakı ilə bayram konserti keçirilmişdir. Konsert proqramı İctimai televiziyanın efirində canlı yayımlanmış və respublikanın tanınmış sənət adamları maraqlı proqramla rayon ictimaiyyətinin nümayəndələri qarşısinda cixiş etmişdirlər.
2014-cu ilin 9 ayında Xəzər RİH Aparatına 2612 ərizə, şikayət və müraciət və 1444 xidməti sənəd daxil olmuşdur.Daxil olmuş 2612 ərizə və muraciətdən 1092 ərizə musbət həll edilmiş, 1459 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 61 müraciət isə icraatdadır.
Heasabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 74 nəfər vətəndaş olmuşdur. Onlardan 49 müraciət müsbət həll edilmiş, 21-müraciətə izahat verilmiş, 4 müraciət əsasında müvafiq təşkilatlara müraciət olunmuşdur.
2014-cü ilin 9 ayında RİH Başçısı tərəfindən qəsəbələrdə 18 səyyar qəbul keçirilmiş, 1709 nəfər iştirak etmiş və 65 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su və kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş müraciətlərin əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
Tədbirdə, həmçinin çıxış edən YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri İ.Mustafayev, Gigiyena və Epidemiologiya mərkəzinin müdiri Q.Carullayev, Dövlət Sığorta Agentliyinin Xəzər rayon bölməsinin müdiri K.Axundov, Xəzər rayon Telefon Qovşağının rəisi C.Həsənov rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirib və rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən söz açdılar. Hesabat iclasının yekununda G.İslamov Xəzər rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində doqquz ay ərzində çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini nəzərə çatdırıb, eyni zamanda, 2014-cü il üçün nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə edib.