Şriftin ölçüsü :

Saytın rəngi :

5-oktyabr “Beynəlxalq müəllimlər günü” Xəzər rayonunda qeyd olunmuşdur.

04 oktyabr 2014 | 15:00

 4 oktyabr 2014-cü il tarixində Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən  “İmperial” şadlıq sarayında 5 oktyabr – “Beynəlxalq Müəllimlər günü” nə həsr olunmuş tədbir keçirilmişdir.
    Tədbirdə Millət vəkili Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Təhsil İşçilərinin Həmkarlar İttifaqının sədri H.Əbilov Ziyalılar Cəmiyyətinin sədri T.Səlimov, Xəzər rayon Gənclər və idman İdarəsinin rəisi V.Əliyev və rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupu iştirak etmişdir. Tədbiri giriş sözü ilə RİH başçısının müavini A.Balayev açaraq,  ilk öncə bütün təhsil işçilərini 05 oktyabr – “Beynəlxalq Müəllimlər günü” və qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu  kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etmişdir. Natiq, həmçinin Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsindən, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan və ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da xidmətlərinin misilsiz olduğundan söz açmışdır. 
 Tətbirdə çıxış edən Millət vəkili R.Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər  çərçivəsində respublikamızda yüzlərlə təhsil ocaqlarının tikildiyini, əsaslı təmir olunduğunu, həmçinin bu prosesin Xəzər rayonunda da uğurla davam olunduğunu vurğulamışdır.
 Daha sonra natiqlər, xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd etmiş, təhsil işçilərinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişdilər.
        Tədbirin sonunda   Bir qrup təhsil işçilərinə və müəllimlərə qiymətli hədiyyələr və Fəxri Fərmanlar təqdim olunmuşdur .

Keçidlər