Şriftin ölçüsü :

Saytın rəngi :

14 noyabr 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şüvəlan qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi.

14 noyabr 2025 | 18:04

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
    Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
    Daha sonra RİH başçısı Elşən Salahov görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyərək qəsəbə daxili yolların cari təmiri, Vidadi küçəsində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə ərazidə su saygaçlarının quraşdırılması , 237 saylı orta məktəbin həyətində qurumuş agacların götürülməsi , məktəbin qarşısınna işıqforun qoyulması, A.İldırım küçəsi,  ev 41,  elektrik naqillərinin qəza vəsiyyətində olması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər