Şriftin ölçüsü :

Saytın rəngi :

1 Oktyabr “Ahillılar günü “ Xəzər rayonunda qeyd edilmişdir .

01 oktyabr 2014 | 15:00

     1993-cü ildən başlayaraq, dünyanın hər yerində olduğu kimi, müstəqil Azərbaycanda da 1 Oktyabr “Beynəlxalq Ahıllar Günü” böyük coşğu ilə qeyd olunur. Bunun bir nümunəsini kimi 01 oktyabr 2014-cü il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbir çərçivəsində RİH-nin birinci müavini Vaqif Həsənov, müavinlər Arif Balayev , Lalə Əhmədova, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və RİH-nin məsul şəxsləri tərəfindən rayonda yaşayan 80 nəfər ahıl sakinin evinə gedilmiş, onlara əlamətdar gün münasibətilə ərzaq, gül dəstəsi və 7 nəfər tənha-ahıla isə RİH Başçısı Gülağa İslamovun adından qiymətli hədiyyələr verilmişdir. Həmçinin, onların yaşayış şəraitləri ilə yaxından tanış olunmuş və onların problemləri dinlənilmişdir.
Ahıllarla görüş zamanı qonaqlar lap qədim zamanlardan ağsaqqal, ahıl insanların ən hörmətli, müdirik adamlar hesab olunduğunu, onlara hamının hörmətlə yanaşdığını bildirən natiqlər 1992-ci ildən BMT-nin qətnaməsi ilə bu günün “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunduğunu,  Azərbaycanda isə 1993-cü ildən bəri hər il oktyabrın 1-i Ahıllar günü kimi qeyd olunduğunu bildirmiş, dövlətin ahıllara sosial qayğısından, onların hüquqlarının qorunması üçün görülən tədbirlərdən,  ulu öndərin bu yöndəki siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və  Müstəqil Azərbaycanın iqtisadi potensialı artdıqca əhalinin bu təbəqədən olan sakinlərinin sosial problemlərinə daha böyük diqqət göstəriliməsindən danışmışdılar.

Keçidlər