Şriftin ölçüsü :

Saytın rəngi :

ŞAĞAN OLİMPİYA KOMPLEKSİNİN STADİONUNDA XƏZƏR RAYON İCRA HAKİMİYYƏTİ, XƏZƏR İNKIŞAF FONDU VƏ AFFA-NIN BİRGƏ TƏŞKİL ETDİYİ “AÇIQ ƏYLƏNCƏLİ FUTBOL MƏKTƏBLƏRİ” NİN PROQRAMI ÇƏRÇİVƏSİNDƏ BAKI MƏKTƏBİNİN İŞTİRAKI ILƏ FESTİFAL KEÇİRİLMİŞDİR.

19 sentyabr 2014 | 15:00

 Sentyabrın 19-da Şağan olimpiya kompleksinin stadionunda Xəzər rayon İcra Hakimiyyəti, Xəzər İnkişaf Fondu və AFFA-nın təşkil etdiyi “Açıq Əyləncəli Futbol Məktəbləri” nin proqramı çərçivəsində Bakı məktəbinin iştirakı ilə festifal keçirilmişdir. Festifalda 200 uşaq, 12 məşqçi iştirak etmişdir.
Tədbirdə AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Xəzər RİH-nin birinci müavini V.Həsənov və RİH-nin müavini A.Balayev, Xəzər İnkişaf Fondunun rəhbəri İ.Mustafayev, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov  iştirak etmişdir.
Tədbiri giriş sözü ilə  Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev Açaraq sözü qonaqlara vermişdir.
Çıxış edən qonaqlarda öz nöbələrində Festivalın işinə uğurlar diləmiş, festivalın ilk olaraq Xəzər rayonundan start götürməsini iştirakçıların diqqətinə çatdırmışdılar.
   Həmçinin  “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi futbol əyləncəli oyunlar tədbiq etməklə 7-12 yaşlı uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda futbola və başqa idman növlərinə maraq yaratmaq, küçənin pis təsirindən yayındırmaq, sağlam həyat tərzi aşılamaq və ən asası isə müxtəlif millətlərdən olan uşaqlar arasında dostluq əlaqələrinin yaradılmasını vurğulamışdılar.

Keçidlər