Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun prezidenti, Millət Vəkili Mehriban xanım Əliyeva “Bilik Günü” ndə Türkan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin əsaslı təmirdən sonar açılışında iştirak edib.

15 sentyabr 2014 | 15:00

  Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat məktəbin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,  Millət vəkili  Mehriban xanım  Əliyeva iştirak edib.
    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
   Daha sonra Mehriban xanıma  məlumat verildi ki, tədris ocağının üçmərtəbəli tədris korpusu tamamilə yenidən qurulub, müasir sinif otaqları, kompyuter, kitabxana, yeni idman zalı, aviasiya bilikləri, rəsm otaqları, xalçaçılıq kabineti, istirahət, şahmat otaqları yaradılıb, məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. Təhsil ocağında şagirdlərin gecələməyi üçün 20 palata, hər biri 60 nəfərlik 2 televizor zalı, 120 nəfərlik akt zalı var. Bildirildi ki, məktəbdə ikimərtəbəli yeni tədris-istirahət və məişət korpusları tikilib, ərazidə müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol, voleybol və basketbol meydançaları inşa edilib , abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Keçidlər